AZ

Xarkova dron hücumu: 7 ölü

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın Xarkov şəhərinə genişmiqyaslı dron və raket hücumu həyata keçirilib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hücum nəticəsində azı ikisi uşaq olmaqla azı 7 nəfər həlak olub.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkənin enerji sistemi və dəmir yolu infrastrukturunu hədəf alaraq 480 dron və 29 raket buraxıb.

O qeyd edib ki, tərəfdaş ölkələr Ukraynaya hava hücumundan müdafiə sistemləri və silah dəstəyini davam etdirməlidir.

Ukrayna Hərbi Hava Qüvvələri açıqlayıb ki, hava müdafiə sistemləri 453 dronu və 19 raketi məhv edib. Buna baxmayaraq, 9 raket və 26 hücum dronu 22 müxtəlif obyektə zərbə endirib.

Xarkov vilayətinin rəhbəri bildirib ki, şəhərə həm dronlar, həm də raketlərlə hücum edilib. Ballistik raket beşmərtəbəli yaşayış binasına düşüb, nəticədə 7 nəfər həyatını itirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
3
cebheinfo.az

4Mənbələr