Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə davam edir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Avstraliyanın İrandakı səfiri Friedrich Stift və səfirlik əməkdaşları Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub.
Təxliyə prosesi xüsusi təhlükəsizlik qaydalarına uyğun və mərhələli şəkildə həyata keçirilir.
Səfir media nümayəndələrinə açıqlamasında beş nəfərdən ibarət heyətin təxliyə olunduğunu bildirib və Azərbaycan tərəfinə bu köməyə görə təşəkkürünü çatdırıb. O, sərhəddə çox mehriban qarşılandığını qeyd edib.