AZ

Bakıda 49 nömrəli marşrut xəttini BakuBus istismar edəcək

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasını paytaxtın Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslar yenilənir.

525.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, marşrut üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, martın 9-dan xətti "BakuBus" MMC istismar edəcək.

Yeni təşkilata uyğun olaraq marşrut xəttində 30 ədəd böyüktutumlu avtobus fəaliyyət göstərəcək. Avtobuslar 5–6 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət edəcək.

Bildirilib ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,6 manat müəyyən olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
4
525.az

7Mənbələr