AZ

UEFA "Real"ı nasist salamını görə belə cəzalandırdı

UEFA "Real Madrid" azarkeşlərdən birinin davranışına görə cəzalandırıb.

Fanat.Az xəbər verir ki, hadisə Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə cavab oyununda qeydə alınıb. 

“Santyaqo Bernabeu”da keçirilən mstçda televiziya kameraları tribunada olan bir tərəfdarın nasist salamı göstərdiyini qeydə alıb.

UEFA bu səbəbdən “Real”ı 15 min avro məbləğində cərimələyib. Bundan başqa, klubun avrokubokdakı növbəti ev oyununda stadionun cənub aşağı tribunasında yerləşən 500 yerin bağlanmasına qərar verilib. Lakin bu cəza bir illik sınaq müddəti ilə şərti xarakter daşıyır.

“Real” rəhbərliyi hadisədən dərhal sonra tədbir görüldüyünü açıqlayıb. Klubun təhlükəsizlik xidməti qaydanı pozan şəxsi müəyyən edərək stadiondan uzaqlaşdırıb və onun klub üzvlüyündən çıxarılması, eləcə də oyunlara ömürlük girişinin qadağan edilməsi üçün intizam komitəsinə müraciət edib.

Seçilən
97
4
fanat.az

5Mənbələr