AZ

Messi nə qədər maaş alır

ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən hücumçu Lionel Messinin nə qədər qazandığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə klubun sahibi Xorxe Mas danışıb.

“Dünya səviyyəli sponsorların mənə lazım olmasının səbəbi odur ki, futbolçular çox bahadır. Mən Messiyə maaş verirəm – o bu pula layiqdir – və bu məbləğ ildə 70–80 milyon dollar arasındadır”, – deyə Mas “Bloomberg”ə müsahibəsində bildirib.

Biznesmen Messinin müqaviləsinin necə qurulduğunu və ödənişlərin necə bölündüyünü dəqiqləşdirməyib.

Seçilən
100
publika.az

1Mənbələr