AZ

Keniyada sel fəlakəti: sel nəticəsində 10 nəfər ölüb

Bakı. Trend:

Keniyanın paytaxtı Nairobi şəhərində güclü yağışlardan sonra başverən sel nəticəsində azı 10 nəfər həyatını itirib.

Trend xəbərverir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, ötən gün şəhərdə yağan güclü yağışlar nəticəsindədaşqınları baş verib.

Nairobi Polis Komandanı Corc Seda yerli radioya açıqlamasındabildirib ki, sel nəticəsində 10 nəfər ölüb.

Onun sözlərinə görə, ölənlərdən 8-i sürətlə yüksələn sel sularısəbəbindən axının apardığı avtomobillərin içində həyatınıitirib.

Seda qeyd edib ki, sel zamanı şəhərin müxtəlif ərazilərindəelektrik cərəyanı vurması nəticəsində daha 2 nəfər ölüb. Güclü subasması səbəbindən əsas yolların keçilməz hala düşməsi nəticəsindəşəhər üzrə ən azı 71 avtomobil yolda qalıb.

Polis rəsmisi əlavə edib ki, seldən zərər çəkmiş bir çox ərazidəaxtarış-xilasetmə işləri davam etdirilir və ölənlərin sayının artabiləcəyi istisna olunmur.

Ölkənin böyük hissəsində güclü yağışların davam edəcəyi barədəxəbərdarlıq edilib.

Məqalədə:
Seçilən
108
az.trend.az

1Mənbələr