AZ

Komissar: Raket istehsalını artırmaq avropalılar üçün təxirəsalınmaz vəzifəyə çevrilib



İranla ABŞ arasında davam edən müharibə fonunda birlik ölkələrinin silah istehsalını artırmalıdır. Medianın yaydığı məlumata görə, bu təkliflə Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius çıxış edib. Onun sözlərinə görə, bu müharibə ABŞ-nin Avropadakı müttəfiqlərinə raket tədarükünü məhdudlaşdıra bilər. "İndi artıq tamamilə aydındır ki, İran böhranından sonra biz Avropalılar üçün hava hücumundan müdafiə və anti-ballistik raketlərin istehsalını artırmaq daha da təxirəsalınmaz bir vəzifəyə çevrilib. Çünki amerikalılar həm Körfəz ölkələri, həm öz orduları, həm də Ukraynanın ehtiyacları üçün həqiqətən də kifayət qədər raket təmin edə bilməyəcəklər" – deyə komissar vurğulayıb.
Seçilən
87
baki-xeber.com

1Mənbələr