AZ

​Pezeşkian: İran dost və qonşu ölkələrə hücum etməyib

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran dost və qonşu ölkələrə qarşı hər hansı hücum həyata keçirməyib. Metbuat.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

Onun sözlərinə görə, İran yalnız bölgədəki ABŞ hərbi bazalarını və hərbi obyektləri hədəf alıb.

Prezident vurğulayıb ki, Tehran ölkəsini müdafiə etmək üçün müqavimət göstərir və əməliyyatlar yalnız İran əleyhinə təcavüzün mənbəyi hesab edilən hədəflərə yönəlib. Pezeshkian qeyd edib ki, bu hədəflər legitim müdafiə məqsədi daşıyır.Eyni zamanda, İran rəhbərliyi bölgə dövlətləri ilə dostluq və yaxşı qonşuluq münasibətlərini davam etdirməyə hazır olduğunu bildirib. Tehran milli suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin inkişafını dəstəkləyir.

Xəbərdə qeyd olunur ki, İran özünü müdafiə hüququnu saxladığını və ABŞ ilə gərginliyin diplomatik yolla həll olunmasının tərəfdarı olduğunu bildirir.

Seçilən
120
metbuat.az

1Mənbələr