AZ

Ukraynada hərbi texnikanı Britaniyalı mühəndislər təmir edir Guardian

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Britaniyalı mühəndislər Ukraynanın qərb bölgəsində yerləşən dörd obyekt üzrə Ukrayna Silahlı Qüvvələrinin zədələnmiş texnikasını təmir etməyə yardım göstərir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu işlərdə "BAE Systems" və "AMS" şirkətlərinin mütəxəssisləri iştirak edir. Onlar Britaniya Müdafiə Nazirliyi ilə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər. Eyni zamanda qeyd edilir ki, bu zavodlarda Böyük Britaniya hərbçiləri iştirak etmir.

"The Guardian" bildirir ki, digər ölkələr təhlükəsizlik səbəbindən Ukrayna Silahlı Qüvvələrinin texnikasını adətən ölkə xaricində təmir etməyi üstün tuturlar. Lakin Britaniyanın müdafiə naziri müavini Luk Pollardın bu həftə Ukraynaya səfəri zamanı qeyd etdiyi kimi, Britaniyalı mühəndislərin ölkə ərazisində işləməsi göstərir ki, London Kiyevə dəstək məsələsində digər ölkələrdən daha irəli getməyə hazırdır.

Ekspertlər hesab edirlər ki, bu təşəbbüs Ukrayna hərbi qüvvələrinin döyüş qabiliyyətinin bərpasını sürətləndirir və beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayır. Eyni zamanda, bu addım Britaniyanın regiondakı mövqeyini gücləndirir və Avropada hərbi əməkdaşlıq sahəsində nüfuzunu artırır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr