AZ

Masazır sakinləri 569 nömrəli marşrutdan şikayətçidirlər: Avtobuslar yolda qalır VİDEO

ain.az bildirir, Oxu.az portalına istinadən.

Abşeron rayonunun Masazır kəndinin sakinləri şəhərə gəlmək üçün istifadə etdikləri marşrut avtobusunun fəaliyyətindən şikayətçi olublar.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Masazır sakinləri 569 nömrəli marşrutdan şikayətçidirlər: Avtobuslar yolda qalır - VİDEO

Qeyd olunub ki, hazırda istifadə olunan 569 nömrəli marşrut xətti sərnişin axınını qarşılamaqda çətinlik çəkir. Bu xətt üzrə hərəkət edən avtobusların əksəriyyəti yolda qalır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, avtobusun hərəkətində yaranan çətinlik yolla bağlıdır.

"569 nömrəli marşrut üzrə köhnə, istismar vəziyyəti qənaətbəxş olmayan "Daewoo" markalı avtobuslar fəaliyyət göstərirdi.

Keyfiyyətin artırılması məqsədilə keçirilən müsabiqə nəticəsində mart ayından etibarən avtobusların sayı artırılaraq 14 ədəd müasir 2018-ci il istehsalı olan "Karsan" markalı avtobuslarla əvəz edilib.

Marşrut xəttinin keçdiyi ərazilər maililiyi ilə seçilir. Sərnişinlərin istəkləri əsasında sürücülər avtobusu dayanacaq məntəqəsindən kənarda maili ərazilərdə saxladığı təqdirdə, xüsusən dolu olan nəqliyyat vasitəsinin hərəkətə gətirilməsində çətinliklər yaranır.

Qeyd edilən ərazilər təhlil edilib və xətt üzrə əlavə dayanacaq məntəqələri müəyyənləşdirilib. Prosedura uyğun aidiyyəti qurumla razılaşdırma mərhələsindən sonra dayanacaq məntəqələri tez bir zamanda təşkil ediləcək və avtobusların saxlamaları yalnız bu nöqtələrdə həyata keçiriləcək.

Sərnişinlərdən minib-düşmələri yalnız təyin olunmuş dayanacaq məntəqələrində həyata keçirmələri və dayanacaqdan kənar ərazilərdə avtobusu saxlatdırmamaq xahiş olunur", - deyə T.Orucov vurğulayıb.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
oxu.az

1Mənbələr