ABŞ bombardmançı təyyarələri Britaniya aviabazasına eniş edib.
Musavat.com xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün səhər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç "B-1 Lancer" bombardmançı təyyarəsi "RAF Fairford"a eniş edib.
Qeyd edək ki, 146 fut uzunluğundakı təyyarə 24 qanadlı raket daşıya və saatda 900 mildən çox sürətə çata bilir.
Musavat.com