AZ

"Çıxışımızdan narazıyam" - Saşa İliç

Bu gün Misli Premyer Liqasında 23-cütur start götürüb. Turun açılış matçı Yevlaxda keçirilib. Autsayder “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edib. Oyun qollu bərabərliklə yekunlaşıb.

Fanat.Az xəbər verir ki, qonaqların baş məşqçisi Saşa İliç matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Bugünkü oyunda daha çox gənclərimizə şans verdik. Düşünürəm ki mövsümün qalan hissəsində də belə olacaq. Kifayət qədər səhvlərə yol verdik. Penaltidən yararlana bilsəydik, bəlkə də burada tam fərqli yöndə danışırdım. Ümumi götürsək, çıxışımızdan narazıyam".

Seçilən
94
1
fanat.az

2Mənbələr