Böyük Britaniya "HMS Prince of Wales" aviadaşıyıcısının Yaxın Şərqdə mümkün yerləşdirilməsinə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Britaniya hakimiyyəti gəminin döyüş hazırlığı dərəcəsini artırıb. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda heyət potensial yerləşdirmə barədə xəbərdar edilib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer martın 1-də "X" sosial şəbəkəsində bildirib ki, London Vaşinqtonun İrandakı raket anbarlarına zərbələr endirmək üçün Britaniya hərbi bazalarından istifadə edilməsi ilə bağlı xahişini qəbul edib. Bundan sonra Baş nazir bəyan edib ki, Birləşmiş Ştatlar İslam Respublikasına qarşı əməliyyat başlamazdan əvvəl Britaniya bazalarına giriş tələb etməyib və bunu yalnız fevralın 28-də, yəni əməliyyatın başladığı gün xahiş edib.