AZ

SENSASİON İDDİA: ABŞ İsrailə 27 min bomba SATIR - İstehsalçı türk şirkətidir

ABŞ İsrailə böyük həcmdə bomba satışına hazırlaşır. Silahların istehsalında türk müdafiə sənayesi şirkətinə məxsus müəssisənin iştirak etdiyi iddia olunur.

Musavat.com "Ynetnews.com"a istinadən xəbər verir ki, ABŞ administrasiyası Konqresi prosesdən kənarda qoyaraq İsrailə 27 min bomba satışını nəzərdə tutan silah sazişini təsdiqləyib.

660 milyon dollar dəyərində olan müqaviləyə əsasən, İsrailə 20 mindən çox MK-80 tipli bomba tədarük ediləcək.

Bu bombalar ABŞ-nin Texas ştatında yerləşən və türk müdafiə sənayesi şirkətinə məxsus zavodda istehsal olunur.

Məlumata görə, sövdələşmə ABŞ və İsrail arasında hərbi əməkdaşlığın davamı kimi qiymətləndirilir. Silahların yaxın dövrdə İsrailə çatdırılması planlaşdırılır.

Musavat.com

Seçilən
45
1
musavat.com

10Mənbələr