ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Fransanın Pau şəhərində fəaliyyət göstərən BA mədəniyyət Mərkəzi və azərbaycanlı icmasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərlərini özündə ehtiva edən Novruz bayramı qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Mərkəzin təsisçisi uzun illər xarici ölkələrdə yaşayan Billurə Bayramova-Bernardın sözlərinə görə, Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, bayram tədbirində Pau və ətraf şəhərlərdə yaşayan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Novruz bayramı ilə bağlı adət-ənənələrimizdən danışan soydaşlarımız harada yaşmalarından asılı olmayaraq bayramın bütün azərbaycanlıları birləşdirdiyini xüsusi vurğulayıblar. Tədbir gün ərzində şəhərin ən gur yerində davam edib.
Tədbir zamanı musiqilərimiz, rəsqlərimiz, poeziyamız, milli dəyərlərimi yerli insanlara nümayiş etdirilib. Şəhər merinin məşğulluq, sosial inteqrasiya və yumşaq (ekoloji) nəqliyyat məsələlərinə cavabdeh şəxs Kenny Bertanazi də öz çıxışında bu kimi tədbirlərin şəhər üçün vacibliyini vurğulayıb.
Gün ərzində Azərbaycan haqqında məlumatlar və adətlərimiz yüzlərlərlə insana təqdim edilib.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.