AZ

Ayın ən yaxşı oyunçusu seçildi

A seriyasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, qalib azarkeşlərin onlayn səsverməsi və statistik göstəricilər əsasında müəyyənləşib. Bu nominasiyanın qalibi “Roma”nın hücumçusu Doniel Malen olub.

26 yaşlı hücumçu səsvermədə Federiko Dimarko (İnter), Moyze Ken (Fiorentina), Domeniko Berardi (Sassuolo), Marko Karnesekki (Atalanta) və Ueston Makkennini (Yuventus) qabaqlayıb.

Malen yanvarda “Aston Villa”dan icarə əsasında “Roma”ya keçib. Niderlandlı hücumçu yeni komandası ilə meydana çıxdığı ilk 7 oyunda 6 qol vurub.

Seçilən
158
4
football-plus.az

6Mənbələr