AZ

KİV: BƏƏ nin hava məkanındakı məhdudiyyətlər martın 16 dək qüvvədə qala bilər

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava məkanında tətbiq olunan uçuş məhdudiyyətləri martın 16-dək qüvvədə qala bilər.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin aviadispetçer dairələrindəki mənbə TASS-a bildirib.

Mənbənin sözlərinə görə, BƏƏ-nin hava məkanı martın 16-sı saat 16:00-dək (Bakı vaxtı ilə eynidir - red.) qismən bağlı qalacaq. Yerli hava limanlarına uçuşlar və əks istiqamətdə reyslər üçün müəyyən marşrutlar ayrılıb.

Qeyd olunub ki, bu marşrutlar qonşu Oman və Səudiyyə Ərəbistanı hava məkanından keçərək ölkə hava limanlarına istiqamətlənir və aviaşirkətlər bu marşrutlara ciddi əməl etməlidirlər. Mənbə əlavə edib ki, mülki aviasiya üçün təhlükə yaranacağı təqdirdə əlavə tədbirlər görülə bilər.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin hava məkanı fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra qismən bağlanmışdı. Martın 2-dən etibarən ölkə hava limanları müəyyən məhdudiyyətlərlə yenidən təyyarələri qəbul etməyə və göndərməyə başlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
oxu.az

1Mənbələr