Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə saat 18 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Chevrolet" markalı avtomobil yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü A.Abdullayevi vurub. 10 yaşlı uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.