AZ

"Ümumi idarəetmə prinsiplərində hər hansı dəyişiklik yoxdur" - Kənan Sadıqlı

"Şəfa" futbol klubunun yeni prezidenti müəyyənləşib. Bu vəzifəyə Kənan Sadıqlı keçib.

Fanat.Az Kənan Sadıqlının ilk açıqlamasını təqdim edir.

"Şəfa Futbol Klubunda aparılan idarəetmə dəyişikliyi ilə bağlı qısa olaraq bildirmək istəyirəm ki, klubun əvvəlki prezidenti Sərdar Salmanzadə ilə qarşılıqlı anlaşma əsasında yollarımızı ayırmışıq.

Xüsusilə qeyd etmək istəyirəm ki, “Şəfa” Futbol Klubu MyGroup Holding tərəfindən alınaraq holdinqin strukturuna daxil edilib. Bu səbəbdən MyGroup klubun yalnız sponsoru deyil, eyni zamanda birbaşa sahibi və idarəedici tərəfidir.

Klubun maliyyə təminatı, idarəetmə modeli, inkişaf strategiyası və əsas qərarları ilk gündən etibarən MyGroup tərəfindən müəyyən olunub və klub rəhbərliyi bu strategiyanın icrası istiqamətində fəaliyyət göstərib.

Bu baxımdan klubun ümumi idarəetmə prinsiplərində hər hansı dəyişiklik yoxdur. Sadəcə olaraq, son qərarla klubun gündəlik idarəçiliyini rəsmi olaraq birbaşa üzərimə götürmüşəm.

Əsas məqsədimiz “Şəfa”nın inkişafını davam etdirmək, komandanın hazırkı müsbət dinamikasını qorumaq və gələcəkdə Azərbaycan futbolunda daha güclü mövqeyə sahib olmasına töhfə verməkdir."

Qeyd edək ki, Kənan Sadıqlı hazırda MyGroup Holding-də vitse-prezident vəzifəsində də fəaliyyət göstərir.

Seçilən
46
fanat.az

1Mənbələr