AZ

Könül Kərimovaya qarşı 245 minlik dələduzluq

Bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq edildiyi, eləcə də müğənni Könül Kərimovanın adının da hallandığı cinayət işində təqsirləndirilən şəxslər - Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

Publika.az "Unikal"a istinadən yazır ki, istintaqla müəyyən edilib ki, hər iki təqsirləndirilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırıblar.

İttiham aktında göstərilib ki, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46 saylı ünvanda yerləşən "ARAZ T.İ" MMC-nin binasında 156 kv olan 126 nömrəli mənzilin Sakit Məmmədova məxsus, həmin mənzillin müqavilə və maliyyə arayışının onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına olmasına baxmayaraq, həmin mənzili icazəsiz etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib.

Belə ki, 2011-ci il avqustun 13-də mənzili Yasamalda Hüseyn Cavid prospekti, 48 saylı ünvandakı mənzili 558 və 566-cı məhəllələrdə yerləşən "ARAZ T.İ" MMC-nin ofisində Elbrus Həsənova 156 min manat müqabilində qanunsuz satıb və onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da, o, Sakit Məmmədova külli miqdarda - 156 min manat məbləğində ziyan vurmaqla dələduzluq edib.

Seçilən
73
23
publika.az

10Mənbələr