AZ

Azərbaycan səfirliyinə məxsus avtomobil Moskva metrosunun girişinə çırpıldı

BAKI, 7 mart. TELEQRAF

Moskvada Azərbaycana səfirliyinə məxsus "Kia Sportage" markalı avtomobil "Prajskaya" metro stansiyasının girişinə çırpılıb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində stansiyanın girişindəki şüşə qapılar sınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Sürücünün vəziyyəti barədə hələlik məlumat verilməyib.

Moskva metropoliteninin mətbuat xidmətindən verilən məlumata görə, qəza zamanı yaxın məsafədə sərnişin olmayıb.

Seçilən
121
teleqraf.com

1Mənbələr