AZ

“Atletiko”dan çətin qələbə

La Liqanın 2025/2026 mövsümünün 27-ci turunda Madrid “Atletiko”su evdə “Real Sosyedad” üzərində 3:2 hesablı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki,  görüş “Civitas Metropolitano” stadionunda baş tutub və baş hakim Adrian Kordero Vega oyunu idarə edib. Hesabı 5-ci dəqiqədə “Atletiko”nun hücumçusu Aleksandr Sörlot açıb. Dörd dəqiqə sonra “Real Sosyedad”ın Karlos Soler bərabərlik qolunu vurub.

67-ci dəqiqədə Nikolas Qonsales “Atletiko”nu yenidən hesabda irəli çıxarıb, amma bir dəqiqə sonra Mikel Oyarzabal hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Nikolas Qonsales ikinci qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib – 3:2.

“Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan 65-ci dəqiqədə oyuna daxil olub və məhsuldar hərəkət etməyib.

Bu qələbədən sonra Madrid “Atletiko”su 54 xalla 3-cü pillədə qərarlaşıb. “Real Sosyedad” 35 xalla 8-ci yerdədir.

Növbəti turda “Atletiko” evdə “Xetafe” ilə qarşılaşacaq, “Real Sosyedad” isə bir gün sonra “Osasuna” ilə matç keçirəcək.

Seçilən
45
90deqiqe.az

1Mənbələr