AZ

Üç rayonda yanğın hadisələri olubVİDEO

Göygöldə ehtiyatsızlıq faciəvi yanğınla nəticələnib. Hadisə rayonun Qızıl Qaya qəsəbəsində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Rafael Qasımova məxsus təsərrüfatdakı binada yanğın baş verib.

Hadisə zamanı binada olan 51 yaşlı Zöhrab Qasımov yanıq xəsarətləri alıb. Yaralı Gəncədəki Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə qaz sobası səbəb olub. Binada partlayış baş verib, ardından yanğın başlayıb. Əraziyə Göygöl və Gəncədən yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Oğuzda isə Kolklor klubunun binası yanıb. Hadisə rayonun Qarabulaq kəndində yerləşən Mədəniyyət Mərkəzinin klubunda qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Kənd Folklor klubunun üç otağının yanar konstruksiyaları yanıb.

Mingəçevirdə də güclü yanğın olub. Hadisə şəhərin “Energetiklər” yaşayış massivində qeydə alınıb. Kol-kos olan ərazidən başlayan alov yaxınlıqdakı evlərə, dəmiryol stansiyasının ərazisinə qədər yayılıb. Geniş ərazini əhatə edən yanğını söndürmək üçün yanğınsöndürən avtomobillər və canlı qüvvə hadisə yerinə cəlb edilib. Böyük ərazini əhatə edən alovu söndürmək mümkün olub. Hadisə zamanı ərazidəki plastik boru xətləri zədələnib. Bütün faktlarla balı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
81
xezerxeber.az

1Mənbələr