AZ

Netanyahudan son durum açıqlaması: “İran xalqının taleyini...

İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı sərt bəyanat verib.

Musavat.com xəbər verir ki, Netanyahu İsrailin son hərbi əməliyyatlarının İranın hərbi və strateji infrastrukturuna ciddi zərbə vurduğunu bildirib.

Baş nazirin sözlərinə görə, İsrail qüvvələri İran ərazisində bir sıra mühüm obyektləri məhv edib.

Netanyahu qeyd edib ki, zərbələr nəticəsində hökumət obyektləri, nüvə infrastrukturu, komanda mərkəzləri və hərbi bazalar sıradan çıxarılıb. O əlavə edib ki, silah istehsalı zavodları, raket anbarları və yüzlərlə ballistik raket buraxılış qurğusu da məhv edilib.

“Biz İran xalqının öz taleyini öz əlinə almasına imkan verən şərait yaradırıq”, – deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, bu əməliyyatlar İsrailin təhlükəsizliyini təmin etmək və regionda İranın hərbi imkanlarını zəiflətmək məqsədi daşıyır.

Musavat.com

Seçilən
53
2
musavat.com

10Mənbələr