AZ

Orban müsadirə olunan Ukrayna vəsaitlərinin taleyinə aydınlıq gətirdi

Macarıstan Ukraynalı nağd pul yığıcılarından müsadirə edilən pulların mənşəyi müəyyən edildikdən sonra onların taleyinə qərar verəcək, lakin hələlik onu özündə saxlayacaq.

Azreform.info xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib .

Macarıstanın Baş naziri bildirib ki, müsadirə edilmiş pulun taleyini onun mənşəyini biləndə həll edəcəyik. Hələlik o pullar burada qalacaq.

Martın 6-da Macarıstanda ukraynalı nağd pul yığanlar Avstriyadan ölkə ərazisinə 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl keçirərkən saxlanılıblar .

Elvin

Azreform.info

Seçilən
109
2
azreform.info

3Mənbələr