İngiltərə FA Kubokunda V turun matçları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.
Premyer Liqanın lideri "Arsenal" "Mansfild"in qonağı olub. "Topçular" 2:1 hesablı qələbəyə sevinib.
"Çelsi" "Reksem"lə qarşılaşıb. 6 qolun vurulduğu oyundan "zadəganlar" qalib ayrılıb - 4:2.
Günün son matçında "Nyukasl" "Mançester Siti" ilə üz-üzə gəlib. Görüşdə hesabı "sağsağanlar" açsa da, "şəhərlilər" geridönüş etməyi bacarıb - 3:1.
Qeyd edək ki, bu mərhələnin görüşləri bir matçdan ibarətdir. Qalib gələn komandalar növbəti mərhələyə vəsiqə qazanır.
Bundesliqa: “Bavariya”dan darmadağın
Premyer Liqa: XXIX tura yekun vurulub
“Fənərbaxça” və “Beşiktaş”dan inamlı qələbə
”Fənərbaxça”nın matçı gecikir - İŞIQ SƏBƏBİNDƏN
Premyer Liqa: “Liverpul” autsayderlə bacarmadı