AZ

Tramp: İranda kapitulyasiya elan edəcək rəhbər qalmaya bilər

BAKI, 8 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hərbi kampaniyanın sonunda İranda kapitulyasiya elan edə biləcək yüksək səviyyəli rəhbərlərin qalmaya biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Bilirsiniz, düşünürəm ki, bir məqamda "biz təslim oluruq" deyə biləcək heç kim qalmayacaq”, - deyə Tramp öz təyyarəsində jurnalistlərə bildirib.

O, həmçinin münaqişədən sonra İranın sərhədlərinin dəyişə biləcəyini də istisna etməyib.

“Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox”, - Tramp hurnalistlərin münaqişədən sonra İranın xəritəsi indiki kimi qalacaqmı sualına cavab verərkən deyib.

ABŞ lideri bunun nə vaxt baş verə biləcəyi barədə isə dəqiqləşdirmə aparmayıb.

Seçilən
21
teleqraf.com

1Mənbələr