AZ

Esra Erolun üzü yandı FOTO

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış aparıcı Esra Erol canlı yayıma hazırlaşarkən başına iş gəlib. Efirə hazırlıq prosesi zamanı onun üzü yanıb.Demokrat.az xəbər verir ki, hadisə saç düzümü edilərkən baş verib. Belə ki, saç üçün istifadə olunan qaynar maşa aparıcının alnına dəyib və dərisini yandırıb. Esra Erol başına gələn bu hadisəyə rəğmən yayımı təxirə salmayıb və efirə alnı sarğılı vəziyyətdə çıxıb.İzləyicilərinin narahatlığını görən aparıcı sosial media hesabında məsələyə aydınlıq gətirib. O, paylaşımında yanığın səbəbinin qalın saç maşası olduğunu təsdiqləyib. Erol baş verənləri "nəzər çıxdı" deyərək sakit qarşıladığını bildirib.Azərbaycanda da kifayət qədər izləyicisi olan aparıcının bu halı pərəstişkarları tərəfindən kədərlə qarşılanıb.

İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
179
demokrat.az

1Mənbələr