ABŞ Yaxın Şərq əməliyyatının bir hissəsi olaraq dronlara qarşı mübarizədə Ukrayna təcrübəsini öyrənməyə çalışır.
"Ölkə.az" bildirir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, general Mett Rossun rəhbərlik etdiyi Pentaqon nümayəndə heyəti Ukraynaya səfər edib . Qurumlararası dron əleyhinə əməliyyat qrupunun səfərinin məqsədi Ukrayna qüvvələrinin real döyüşlərdə qazandığı unikal təcrübəni təhlil etmək olub. Nəşrin məlumatına görə, tərəflər hələlik heç bir konkret razılığa gələ bilməyiblər, lakin dialoq davam edir.
Nəşrin mənbələrindən biri qeyd edib ki, mövcud geosiyasi vəziyyət Ukrayna Prezidenti Vladimir Zelenskiyə qısa müddətdə müəyyən təsir imkanları təqdim edir və Vaşinqtonla dialoqda onun mövqeyini gücləndirir .
Elvin
Ölkə.az