AZ

Kventin Tarantino teatrda tamaşa səhnələşdirəcək

ain.az bildirir, Oxu.az portalına istinadən.

İsraildə raket atəşi zamanı amerikalı rejissor Kventin Tarantinonun öldüyü barədə yayılan xəbərlər təkzib edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, rejissor yeni yaradıcılıq planları üzərində işləyir və artıq yeni pyesini tamamlayıb. Tarantino Londonda Vest-End səhnəsində nümayiş etdirilməsi planlaşdırılan tamaşa hazırlayır.

Yaxın vaxtlarda tamaşa üçün aktyor seçiminə başlanacağı gözlənilir. Layihəyə həm tanınmış, həm də gənc aktyorların cəlb olunması planlaşdırılır. Premyeranın 2027-ci ilin payızında baş tutacağı ehtimal edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
192
oxu.az

1Mənbələr