AZ

Ustalara pul tökməyə gərək qalmadı Hər evdə olan bu vasitə paltaryuyanı ilkgünkü kimi edir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məişət texnikasının qiymətləri artdıqca, mövcud cihazları qorumaq zəurəti yaranır. Paltaryuyan maşınların əsas düşməni olan ərp və kirəclənməyə qarşı bahalı kimyəvi vasitələr əvəzinə mətbəxdəki məhsullarla həll yolu tapmaq mümkündür. Ustalar müntəzəm qulluqla maşının iş ömrünü 5 ilə qədər artırmağın mümkün olduğunu bildirirlər.Demokrat.az-ın məlumatına görə irəclənmə təkcə cihazın performansını aşağı salmır, həm də elektrik enerjisi sərfiyyatını artırır. Bunun qarşısını almaq üçün ən sınanmış üsullardan biri limon şirəsi və duz qarışığıdır. Bir stəkan təzə sıxılmış limon şirəsinə bir xörək qaşığı duz əlavə edib yuyucu toz gözünə tökmək kifayətdir. Maşını 60 dərəcə temperaturda boş işlətməklə qızdırıcı elementin üzərindəki təbəqələri təmizləmək olar.Digər təsirli vasitə isə sirkə və soda ikilisidir. Çamaşır sodası və ya qida sodasını birbaşa təbilin (barabanın) içinə, iki stəkan ağ sirkəni isə yuyucu bölməsinə əlavə etdikdə yaranan köpüklənmə borulardakı ən dərin kirləri belə söküb atır. Bu üsul həm də maşında zamanla yaranan xoşagəlməz qoxuları yox edir.Daha sərt kirəclər üçün isə limon duzu ən kəskin təbii vasitə hesab olunur. İki xörək qaşığı limon duzunu isti suda əridib maşını 90 dərəcədə işlətmək rezistansın ilk günkü kimi təmiz qalmasını təmin edir.Azərbaycanda suyun tərkibindəki codluq dərəcəsi bölgələrə görə dəyişir, bu da maşınların daha tez sıradan çıxmasına səbəb olur. Bakı və ətraf qəsəbələrdə suyun daha kirəcli olduğunu nəzərə alsaq, bu profilaktik tədbirləri ayda bir dəfə tətbiq etmək ailə büdcənizi gözlənilməz təmir xərclərindən qoruya bilər.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
164
demokrat.az

1Mənbələr