ain.az, Azvision portalına istinadən məlumat yayır.
Hidroloji rejiminə görə, o, Hind okeanının daxili dənizi hesab olunur və Hörmüz boğazı və Oman körfəzi vasitəsilə okeanla birləşir. Fars körfəzinin ümumi sahəsi 239 min kvadrat kilometrdir , orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi isə 102 metrdir. Körfəz bir neçə dövlətin sahillərini yuyur. Şimal sahili İrana, cənub sahili isə Birləşmiş Ərəb Əmirlikləri və Oman kimi ölkələrə məxsusdur. İranın sahil xəttinin uzunluğu 1375 kilometr təşkil edir ki, bu da ümumi göstəricinin 45,3 faizinə bərabərdir. Bu göstərici region ölkələri arasında ən yüksək hesab olunur. XX əsrin birinci yarısında Fars körfəzində neft yataqları aşkar edilib. Hazırda burada dünya neftinin əhəmiyyətli hissəsi hasil olunur. Bu, regionun tarixini köklü şəkildə dəyişdirərək sahilyanı dövlətlərin inkişafına təkan verib, eyni zamanda resurslara nəzarət uğrunda, eləcə də ölkələr arasında siyasi və dini fikir ayrılıqları səbəbindən bir sıra böyük münaqişələrə yol açıb. Hazırda region son illərin ən ciddi hərbi-siyasi gərginlik mərhələlərindən birini yaşayır. İsrail və İran arasında qarşılıqlı hücumlar və sərt bəyanatlar regionda münaqişənin daha geniş miqyas alması riskini hər gün bir az daha artırır. Bu iki ölkə arasında hava məsafəsi 1789 kilometrdir. Dövlətlərin paytaxtları – Qüds və Tehran arasındakı məsafə isə 1552 kilometr təşkil edir ki, bu da mümkün hərbi qarşıdurma zamanı regionun strateji həssaslığını artıran amillərdən biri hesab olunur.

Məhəmmədəli Həsənli
AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.