Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu gün dünyanı səssizcə dəyişdirən, həyatı sevgi və ümidlə bəzəyən qadınların günüdür. 8 martda bir daha xatırlayırıq ki, həyatın ən gözəl rəngləri xanımların varlığı ilə tamamlanır.
Cəmiyyətdə illərdir daha çox kişilərin çalışdığı hesab olunan peşələr var. Uzun müddət bu sahələrdə qadınların işləməsi nadir hal kimi qəbul olunub. Lakin zaman ötdükcə sərhədlər və stereotiplər yavaş-yavaş aradan qalxır.
Oxu.Az komandası olaraq səkkiz müxtəlif peşədə çalışan xanımlara səkkiz fərqli sual ünvanladıq.
8 peşə, 8 sual, 8 Mart: Dünyanı bir günlük qadınlar idarə etsəydilər, nə dəyişərdi? - VİDEO
Müsahiblərimiz - Sofiya Barxalova atıcılıq üzrə dünya çempionatının gümüş və bürünc medalçısı, DJ Nara, Solmaz Oruceva atçılıq üzrə təlimçi, Lumu İsrəfilli Daxili İşlər Nazirliyinin əməkdaşı, Aynur Məmmədova əməliyyat sahəsi üzrə mütəxəssis, Səriyyə Vəlizadə maşinist, Rəna Cəfərova və Xalidə Səmədova avtobus sürücüləri, Natavan Allahverdiyeva kommunal xidmət əməkdaşıdır.
Onların bəziləri ağır və məsuliyyətli sahələrdə fəaliyyət göstərir, bəziləri isə uzun illər kişilərin üstünlük təşkil etdiyi peşələrdə öz yerini möhkəmləndiriblər.
Bu hekayələr göstərir ki, qadınlar hər zaman istədikləri sahədə parlaq nəticələr göstərə, cəmiyyətə və peşə sahələrinə öz töhfələrini verə bilərlər. Əsas olan istək, zəhmət və işinə sevgidir. Peşələr isə qadın və ya kişi üçün sərhəd tanımır.
Oxu.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.