ABŞ prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün hərbi koalisiyanın yaradıldığını elan etib.
Musavat.com xəbər verir ki, o, məlumatı Floridada bir neçə Latın Amerikası ölkəsinin liderləri ilə görüşdə açıqlayıb: "Bu tarixi gündə cinayətkar narkotik kartelləri ilə mübarizə aparacaq yeni bir koalisiyanın yaradılmasını elan etmək üçün toplaşırıq".
Trampın sözlərinə görə, təşəbbüsün iştirakçıları narkotik qaçaqmalçılarını məhv etmək üçün ordudan istifadə edilməli olduğuna razıdırlar.
EFE xəbər verir ki, Braziliya və Meksika görüşdə təmsil olunmayıb. Trampın sözlərinə görə, Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın narkotik kartelləri ilə mübarizə təkliflərini rədd edib.
Musavat.com