AZ

Şimali Koreyanın "Koksan" silahı məhv edildi

Ukrayna Silahlı Qüvvələri Aleksandrovsk istiqamətində Rusiya ordusunun istifadəsində olan Şimali Koreya istehsalı M-1989 "Koksan" özüyeriyən artilleriya qurğusunu məhv ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, 170 millimetrlik topla təchiz edilmiş "Koksan" qurğusu Rusiya hərbçilərinin sərəncamında olan ən uzaqmənzilli artilleriya sistemlərindən biri hesab olunur. Onun atəş məsafəsi 60 kilometrə qədər çatır.

Seçilən
81
4
publika.az

5Mənbələr