“Mercedes”in pilotu Corc Rassell Melburnda keçirilən “Formula-1” çempionatının ilk mərhələsi – Avstraliya Qran-prisində qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, onun komanda yoldaşı Andrea Kimi Antonelli ikinci olub.
O, liderdən 3,672 saniyə geri qalıb.
Üçüncü yerə isə “Ferrari” komandasından Şarl Lekler (+15,362 saniyə) çıxıb.