Amerika kosmik agentliyi NASA-nın veteran alimi, doktor Centri Li iddia edir ki, yadplanetlilər mövcuddur - onlar sadəcə Yer kürəsinə baş çəkməyiblər.
Publika.az xəbər verir ki, Li ilk dəfə Marsa “Vikinq” missiyasında iştirak etdiyi 1968-ci ildən bəri ABŞ kosmik agentliyində çalışır. O vaxtdan bəri, o, yarım əsrdən çox uzaq planetlərə eniş üçün zondlar hazırlamağa sərf etsə də, “Daily Mail” qəzetinin yazdığına görə, başqa bir dünyadan olan varlıqların heç vaxt Yer kürəsinə səfər etmədiyini iddia edir.
Alim Feniksdə keçirilən Amerika Elmin İnkişafı Assosiasiyasının (AAAS) konfransında deyib: "Bu gün Yer kürəsinə heç bir yadplanetlinin və ya yadplanetli gəmisinin düşdüyünü göstərən sübut yoxdur. Əgər əksinə inanırsınızsa, deməli, siz xəyal altında hərəkət edirsiniz".
Ekspertin sözlərinə görə, amma uzaq planetlərə gəldikdə, orda haradasa həyat var.
"Biz başqa yerdə həyat formasını tapacağıq. Şanslar çox böyükdür", - alim deyib.