Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bir çoxları üçün faydalı sayılan pomidor bəzi hallarda sağlamlıq üçün riskli ola bilər.Demorkat.az-ın məlumatına görə Bunu rusiyalı həkim-qastroenteroloq Yelena Qrek deyib. O bildirib ki, mədə-bağırsaq problemləri olan insanların bu tərəvəzi rasionuna daxil edərkən ehtiyatlı davranmalı olduğunu bildirib.Həkim xüsusilə qastrit, xora və pankreatitdən əziyyət çəkənlərin diqqətli olmasını məsləhət görür. Həkimin sözlərinə görə pomidorun tərkibindəki üzvi turşular mədədə yanğı, ağrı və mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.Pomidorun zərər verə biləcəyi digər bir qrup isə böyrək xəstəliyindən əziyyət çəkənlərdir. Yelena Qrek bu məqamı belə izah edir:"Pomidorlarda oksalatlar adlanan şavel turşusunun duzları var. Sağlam insanda onlar sidiklə problemsiz xaric olunur. Lakin böyrək funksiyası pozulduqda bu proses çətinləşə bilər. Müəyyən şəraitdə oksalatlar kalsiumla birləşərək daşların əmələ gəlməsinə şərait yaradan kristallar formalaşdıra bilir".Həkim qeyd edir ki, sadalanan xəstəlikləri olan şəxslərin pomidoru tamamilə rasiondan çıxarmasına ehtiyac yoxdur. Söhbət sadəcə istehlakın məhdudlaşdırılmasından gedir. Məhdudiyyətin səviyyəsi isə xəstəliyin diaqnozundan və hazırkı mərhələsindən asılı olaraq dəyişə bilər.Görünür ki, sevilən tərəvəzlərin belə müəyyən miqdarda və şəraitdə qəbulu ümumi səhhətin qorunması üçün vacibdir.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.