AZ

Levandovski indiki akademiyaların iş prinsipini tənqid etdi

''Barselona''nın və Polşa yığmasının qol silahı Robert Levandovski müasir dönəmin hücumçuları barədə danışarkən maraqlı fikirlər səsləndirib. Peşəkar karyerasının 22-ci mövsümünü keçirən 37 yaşlı futbolçu bildirib ki, yavaş-yavaş oyunçuların fərdi keyfiyyətləri arxa plana keçməyə başlayıb: ''Böyük forvard olmağın sirrini akademiyalarda öyrətmirlər. Orda artıq bir-birinə bənzəyən oyunçular yetişir. Halbuki hücum oyunçusu fərqli düşünməli və digərlərinin etdiyi şeyləri etməməlidi. Təbii ki, hələ də qeyri-adi və unikal özəlliklərə malik olan futbolçular var. Amma onların sayı getdikcə azalır və indi əvvəlki illərlə müqayisədə çox azdı. Təəssüf ki, akademiyalarda yalnız bir-birinə bənzəyən futbolçular yetişməyə başlayıb. Onların sistemi bənzərdi. Sanki hamısı bir-birindən kopyalayıb. Fabrikə bənzəyirlər. Amma hücum tamam fərqli mövqedi. Bu mövqedə oynayan futbolçu fərqli olmalı, fərqli düşünməlidi. Bu, təkcə istedadla bağlı olan məsələ deyil. Əsas düşüncə tərzidi. Komandanın digər üzvlərindən fərqli düşünmək cəsarəti göstərməlisən. Hər kəsin etdiyini etməməlisən. Forvard hara hərəkət etməli olduğunu və topun hara düşəcəyini bilməlidi. Çünki meydanda bunu həqiqətən də bilən yalnız odu. Daxili hissə güvənməlisən''.

Seçilən
113
1
football-plus.az

2Mənbələr