AZ

Uşaqlar qızdıranda nə vaxt həkimə müraciət etmək lazımdır?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Uşaqlarda temperaturun yüksəlməsi valideynləri həmişə təşvişə salır. Pediatr Anna Levadnaya bildirib ki, hərarət müəyyən həddi keçdikdə və ya narahatedici əlavə əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət edilməlidir.Demokrat.az bildirir ki, həkimin sözlərinə görə valideynlər üçün "qırmızı bayraq" adlanan təhlükəli siqnallar var və bunlar zamanı dərhal yardım almaq lazımdır:"Əgər temperatur qıcolma, süstlük, huşun qarışması, güclü baş ağrısı ilə müşayiət olunursa, dərhal həkimə qaçmaq lazımdır".Həkim əlavə edib ki, çənəni sinəyə toxundura bilməmək, işığa qarşı həssaslıq, sinə ağrısı və nəfəsalmanın çətinləşməsi də ciddi təhlükə əlamətləridir. Bundan başqa, yaşı üç aydan az olan körpələrdə istənilən narahatlıq həkim müayinəsi tələb edir.Temperaturun 39,5 dərəcədən yuxarı qalxması və dərmanla düşməməsi də ciddi siqnal sayılır. Lakin hərarət üç gündən az davam edərsə və uşaq aktivliyini qoruyub maye qəbul edə bilərsə, evdə müşahidə etmək mümkündür.Anna Levadnaya xəbərdarlıq edib ki, əgər temperatur 37,5 dərəcədən yuxarı olub, heç bir xarici əlamət olmadan bir həftədən çox davam edərsə, dərinləşdirilmiş müayinə şərtdir. Bu halda qan və sidik analizi, həmçinin hormon səviyyəsinin yoxlanılması vacibdir. Eyni zamanda üç gün ərzində yaxşılaşma müşahidə edilməzsə və ya yeni simptomlar peyda olarsa, həkimə müraciət təxirəsalınmazdır.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
132
demokrat.az

1Mənbələr