AZ

Tramp: Müttəfiqlərin İrana qarşı əməliyyatda iştirakı ABŞ ni narahat etmir

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onu müttəfiqlərin İrana qarşı əməliyyatda iştirakı narahat etmir.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bunu "CBS" telekanalına ABŞ müttəfiqlərinin daha fəal rolu barədə sualı cavablandırarkən bildirib.

Amerika lideri vurğulayıb ki, Vaşinqtona sadiq ölkələr onun rəhbərlik etdiyi hərbi əməliyyata artıq qatılıblar: "Mənim üçün fərqi yoxdur. Onlar istədiklərini edə bilərlər. Sadiq olanlar artıq iştirak edirlər".

Telekanalın məlumatına görə, Tramp həmçinin Böyük Britaniyanın Yaxın Şərqə aviadaşıyıcılar göndərmək niyyətini tənqid edərək bu addımın gec atıldığını bildirib.

"Gəmiləri göndərmək üçün bir az gecdir, elə deyilmi? Bir az gecdir", - o qeyd edib.

Cümə axşamı Tramp Britaniya Baş naziri Kir Starmeri növbəti dəfə sərt tənqid edərək Londonun İranla münaqişədə Amerika hərbçilərinə dəstək verməkdən ilkin imtinasına görə çox məyus olduğunu bildirib. Onun sözlərinə görə, Starmer hərbi bazaları sualsız və tərəddüdsüz ABŞ-yə təqdim etməli idi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
3
bakivaxti.az

4Mənbələr