AZ

Osloda həyəcan: ABŞ səfirliyi yaxınlığında partlayış səsi eşidilib

Norveç polisi paytaxt Osloda yerləşən ABŞ səfirliyinin ətrafını tam mühasirəyə alıb.

Musavat.com xəbər verir ki, buna səbəb diplomatik korpusun yaxınlığında güclü "partlayış" səsinin eşidilməsi barədə daxil olan məlumat olub.

Oslo Polis İdarəsindən verilən ilkin bəyanatda bildirilir ki, hüquq-mühafizə orqanları səfirlik əməkdaşları ilə daimi əlaqədədir. Hazırda hadisə nəticəsində xəsarət alanlar barədə hər hansı məlumat yoxdur. Polis rəsmiləri binanın yaxınlığında konkret olaraq nəyin baş verdiyini və səsin nədən qaynaqlandığını hələlik müəyyən edə bilmədiklərini qeyd ediblər.

Əraziyə istehkamçılar və xüsusi təyinatlılar cəlb olunub, diplomatik missiyanın təhlükəsizliyi maksimum dərəcəyə qaldırılıb.

Xatırladaq ki, son günlər Yaxın Şərqdəki müharibə fonunda ABŞ-ın Avropadakı nümayəndəliklərinə qarşı təhdidlər kəskin artıb və bu hadisə Norveç hüquq-mühafizə orqanları tərəfindən ciddi terror riski kimi dəyərləndirilir.

Musavat.com

Seçilən
127
musavat.com

1Mənbələr