AZ

Adət-ənənələrimiz xarici ölkədə təbliğ olunur

Fransanın Pau şəhərində fəaliyyət göstərən Beynəlxalq Azərbaycan Mədəniyyət Mərkəzi və azərbaycanlı icmasının təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı  qeyd olunub.

Mərkəzin təsisçisi, uzun illər müxtəlif xarici ölkələrdə yaşayan və hər yerdə mədəniyyətimizi, milli adət ənənələrimizi təbliğ edən Billurə Bayramova  Bernard mərasimdə çıxış edərkən bildirib ki, Novruz bizim milli bayramımızdır. Onun fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, bayram tədbirində Pau və ətraf şəhərlərdə  yaşayan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Novruz bayramı ilə bağlı adət-ənənələrimizdən danışan soydaşlarımız harada yaşmalarından asılı olmayaraq bayramın bütün azərbaycanlıları birləşdirdiyini xüsusi vurğulayıblar. Tədbir gün ərzində şəhərin ən gur yerində davam edib. Tədbir zamanı musiqilərimiz, rəqslərimiz, poeziyamız , milli dəyərlərimiz yerli insalara nümayiş etdirilib. Şəhər rəhbərinin məşğulluq, sosial inteqrasiya və yumşaq (ekoloji) nəqliyyat məsələlərinə cavabdeh şəxs Cənab Kenny Bertanazi də öz çıxışında bu kimi tədbirlərin şəhər sakinləri üçün vacibliyini vurğulayıb.

Gün ərzində milli musiqilərimiz, Azərbaycan haqqında  müxtəlif məlumatlar və adət- ənənələrimiz mərasimdə iştirak edən yüzlərlə şəhər sakininə təqdim edilib.

Zərifə HÜSEYNOVA
XQ

Seçilən
23
1
xalqqazeti.az

2Mənbələr