AZ

Aya uçacaq ekipajın qida menyusu

ain.az, Axsham.az saytına istinadən bildirir.

NASA Ay ətrafında 10 günlük uçuşa hazırlaşan "Artemida‑2" missiyası astronavtlarının qida menyusunu açıqlayıb.

Axşam.az xəbər verir ki, ekipaj kosmosda Yer kürəsindəki gündəlik rasiona bənzər yeməklərlə qidalanacaq.

Menyunun hazırlanmasında əsas şərt qidaların kosmik avadanlıqlar üçün təhlükəsiz olmasıdır. Seçim zamanı qidaların qida dəyəri, kalori miqdarı və astronavtların şəxsi seçimləri də nəzərə alınıb.

Menyuda tortilla, mal əti kotleti, toyuq və düyü, toyuq bulyonu, pendirli makaron, krevet kokteyli, göbələk krem-şorbası, omlet, sobada bişmiş brokoli və yaşıl lobya, qranola, sosiska, müxtəlif meyvələr (alma, banan, portağal), tərəvəzlər (kök və kərəviz), pudinq və peçenye yer alıb.

İçkilər arasında isə qəhvə, çay, kakao, smuzi, limonad və alma sidri var.

Astronavtlar Ay orbitinə "Orion" kosmik gəmisi ilə bu ilin aprelində yola düşəcək və kosmosda 10 gün qalacaqlar. Missiya zamanı gəminin həyat təminatı sistemləri sınaqdan keçiriləcək.

Qeyd edək ki, bu uçuş 1972-ci ildən sonra insanların aşağı Yer orbitindən kənara ilk səfəri olacaq. Missiyanın heyətinə Kristina Kox, Viktor Qlover, Rid Uayzman və Ceremi Hansen daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
axsam.az

1Mənbələr