AZ

Norveçdəki ABŞ səfirliyi partlayış nəticəsində cüzi zədələnib

Bakı. Trend:

Oslodakı Amerika səfirliyi partlayış nəticəsində cüzizədələnib.

Trend xəbər verirki, bu barədə "Agence France-Presse" Norveç polisinə istinadənməlumat yayıb.

Məlumata görə, partlayış yerli vaxtla təxminən saat 01:00-da başverib. Partlayış diplomatik nümayəndəliyin binalarından birinə cüziziyan vurub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Partlayış yerini və ətraf ərazi polislər, pilotsuz uçuşaparatları və helikopterlərlə nəzarətə götürüb. Polis bir və ya birneçə potensial cinayətkarı axtarır.

Mikael Dellemyur, Oslo polisi rəisi, “TV2” kanalına bildirib ki,partlayıcı qurğunu bir şəxs işə salıb və istintaq aparılır.

Seçilən
105
1
az.trend.az

2Mənbələr