"Bayern Münhen"in qapıçısı Manuel Noyer yenidən zədələnib.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti 39 yaşlı qapıçının Almaniya çempionatının 25-ci turunda "Borussiya Mönhenqladbax"la oyunda (4:1) zədə aldığını açıqlayıb.
Qapıçı tibbi müayinədən keçib və baldır əzələsində kiçik bir yırtıq aşkarlanıb.
"Bild" qəzeti Noyerin növbəti iki həftəni buraxmalı olacağını bildirib.
Noyer bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib və 10 dəfə qapısını toxunulmaz saxlayıb.