AZ

Salyan bazarında qadın almaları tüpürcəyi ilə parıldadır VİDEO

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Salyan bazarında lentə alınan görüntü sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub. Bazarda alver edən satıcının almanı daha parlaq və cəlbedici göstərmək üçün tətbiq etdiyi qeyri-etik üsul izləyiciləri şoka salıb.Demokrat.az bildirir ki, görüntülərdə satıcının almanı silib parıldatması üçün əvvəlcə üzərinə tüpürdüyü və daha sonra parçayla sürtdüyü aydın görünür. İstehlakçıların sağlamlığına açıq şəkildə təhlükə yaradan bu hərəkət sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.Vətəndaşlar bu cür halların qida təhlükəsizliyi baxımından dözülməz olduğunu vurğulayaraq, aidiyyəti qurumların bazarlarda ciddi nəzarət mexanizmləri qurmasını tələb edirlər. Bir çox izləyici satıcının bu davranışı qarşısında təəssüflərini gizlətməyib.

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
149
demokrat.az

1Mənbələr