AZ

Yaz gəlir Ürək xəstələri diqqətli olsun

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yazın gəlişi ilə müşahidə olunan kəskin hava dəyişiklikləri və atmosfer təzyiqinin enib-qalxması ürək-damar xəstəlikləri olan insanlar üçün çətin sınaq dövrüdür. Ali dərəcəli kardioloq Valentina Qavrilyak bu keçid dövründə xüsusilə hipertoniklərin və ürək xəstələrinin diqqətli olmalı olduğunu bildirib.Demokrat.az bildirir ki, həkim yazın başlanğıcında ilk və ən vacib qayda kimi təyin olunan dərmanların qəbulunu bir an belə dayandırmamağı məsləhət görür. O, xəstələrin evdə təzyiq ölçmə cihazı ilə gündəlik göstəriciləri qeyd etməli olduğu bir gündəlik aparmalarını vacib hesab edir.Həkim gündəlik rejim və qidalanma ilə bağlı vacib tövsiyələrini belə sıralayıb:"Yuxu rejimini qoruyun. Mövsüm dəyişikliyi zamanı kifayət qədər yatmaq sadəcə zəruridir. Yatmazdan əvvəl təmiz havada gəzin. Rasionunuzu korreksiya edin, mədə-bağırsaq üçün ağır və yağlı qidaların miqdarını azaldın. Tünd çay, kofe və alkoqollu içkiləri maksimum dərəcədə məhdudlaşdırın, lakin meyvə və tərəvəzləri rasionunuzdan əskik etməyin".Valentina Qavrilyak həmçinin soyuqdəymə və virus infeksiyalarına qarşı profilaktik tədbirlərin unudulmamasını xatırladıb. Onun sözlərinə görə, yazın əvvəli virusların aktivləşdiyi dövrdür və bu səbəbdən sağlamlıq qaydalarına riayət etmək çox vacibdir. Həkim havaya uyğun geyinməyin və izdihamlı yerlərdə maskadan istifadənin heç vaxt artıq olmayacağını xüsusi vurğulayıb.Görünür, sadə ehtiyat tədbirləri və nizamlı həyat tərzi ürək-damar sistemini bahar yorğunluğundan qorumaq üçün ən effektiv yoldur.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
demokrat.az

1Mənbələr