AZ

Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, dövlətçilik ənənələrinin qoruyucusu olub Millət vəkili

525.az saytına istinadən ain.az xəbər verir.

"Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, dövlətçilik ənənələrinin qoruyucusu və cəmiyyətimizin inkişafına töhfə verən aparıcı qüvvələrdən biri olmuşdur. Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları həm Vətənimizin müdafiəsində, həm də dövlət quruculuğu və ictimai-siyasi həyatda böyük fədakarlıq və vətənpərvərlik nümunələri nümayiş etdirmişlər. Qədim xalq dastanımız olan “Kitabi-Dədə Qorqud”dan başlayaraq Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris kimi qəhrəman qadın obrazları Azərbaycan qadınının cəsarətinin və müdrikliyinin rəmzi kimi tariximizdə xüsusi yer tutur".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib ki, Azərbaycan qadınlarının hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlardan biri də Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların bu hüququ qazanması onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının əsasını qoymuşdur.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət qadın siyasətinin möhkəm təməli qoyulmuşdur. Ulu Öndər qadınların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirərək onların idarəetmədə və ictimai fəaliyyətin müxtəlif sahələrində geniş təmsil olunması üçün mühüm qərarlar qəbul etmişdir. Bu siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Dövlət başçısının rəhbərliyi ilə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində mühüm qanunlar və proqramlar qəbul edilmişdir:

"Qadınların cəmiyyətdə rolunun gücləndirilməsi baxımından Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərlik etdiyi humanitar və mədəni layihələr Azərbaycan qadınının nüfuzunun beynəlxalq miqyasda daha da artmasına mühüm töhfə verir. Bu gün Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında fəal iştirak edir, dövlət quruculuğu prosesində mühüm rol oynayırlar. Onlar parlamentdə, dövlət idarəetməsində, biznesdə, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə böyük uğurlar qazanaraq cəmiyyətimizin inkişafına töhfə verməyə davam edirlər. Statistik göstəricilər də bunu təsdiq edir. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qadınlarımız əmək bazarında, sahibkarlıqda və yerli özünüidarəetmə orqanlarında getdikcə daha geniş təmsil olunurlar. Azərbaycan qadını tarixən ailə dəyərlərinin qoruyucusu, milli-mənəvi irsimizin daşıyıcısı olmaqla yanaşı, eyni zamanda fəal vətəndaş mövqeyi ilə dövlətimizin inkişafına xidmət edən güclü ictimai qüvvədir.  Əminliklə demək olar ki, Azərbaycan qadınları bundan sonra da dövlətimizin inkişafında, cəmiyyətimizin tərəqqisində və milli dəyərlərimizin qorunmasında fəal rol oynamağa davam edəcəklər Bu əlamətdar gün münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində uğurlar arzulayıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
1
525.az

2Mənbələr