AZ

Zelenski: Rusiya kəşfiyyatı mənə qarşı 11 sui qəsd cəhdi edib

Ayna saytına istinadən ain.az xəbər verir.

Uşaqları, 13 yaşlı Kirill və 21 yaşlı Aleksandra sui-qəsd cəhdlərindən qaçmaq üçün gizli bir yerdə yaşayırlar

“Rusiya kəşfiyyat xidmətləri mənə ən azı 11 dəfə sui-qəsd cəhdi edib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın "The Independent" qəzetinin "World of Problem" podkastında deyib.

Təhlükəsizlik səbəblərinə görə, o həyat yoldaşı və uşaqlarını yalnız bəzən ziyarət etmək məcburiyyətində qalır.

Zelenski həmçinin bildirib ki, onun övladları Ukraynadakı bir çox uşaqla eyni problemlərlə üzləşirlər: "Onlar məktəbə gedirlər, oxuyurlar və hava hücumu zamanı çox tez sığınacaqlara qaçmalı olurlar". Volodimir və Olena Zelenskinin uşaqları, 13 yaşlı Kirill və 21 yaşlı Aleksandra sui-qəsd cəhdlərindən qaçmaq üçün gizli bir yerdə yaşayırlar.

Onun sözlərinə görə, Prezidentin özü də vaxtının çox hissəsini müxtəlif təhlükəsiz yerlərdə keçirir. Rusiya kəşfiyyat xidmətləri onun hər hərəkətini izləyir. Onun sözlərinə görə, FSB xüsusi təyinatlıları Ukrayna rəhbərliyinin "başını kəsmək" əmri alıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
126
ayna.az

1Mənbələr